Xames Rodriges üç dünya çempionatında oynayan üçüncü kolumbiyalıdır

18 İyun 2026 21:17
86
Xames Rodriges üç dünya çempionatında oynayan üçüncü kolumbiyalıdır

Kolumbiya millisinin kapitanı Xames Rodriges komandası ilə üç dünya çempionatında oynayan üçüncü oyunçu olub.

İdman.Biz bu barədə Opta-ya istinadən məlumat verir.

Xames komandanın dünya çempionatı qrup mərhələsinin ilk turunda Özbəkistan üzərində 3:1 hesablı qələbə qazandığı oyunda start heyətində yer alıb. Bu, 34 yaşlı yarımmüdafiəçinin üçüncü mundialıdır. O, həmçinin 2014 və 2018-ci illərdəki turnirlərdə də oynayıb.

Bu nailiyyətə əvvəllər yalnız Freddi Rinkon və Karlos Valderrama nail olmuşdular. Onlar 1990, 1994 və 1998-ci illərdə milli komandada oynayıblar.

Bu matçdan sonra Kolumbiya K qrupunda birinci yerdədir. Milli komanda növbəti oyunu 24 iyunda Qvadalaxarada Konqo Demokratik Respublikasına qarşı keçiriləcək.

İdman.Biz