Dembele, Due və başqaları - Çempionlar Liqasının ən yaxşıları bəlli olub - FOTO

Xəbərlər
1 İyun 2025 20:33
72
Dembele, Due və başqaları - Çempionlar Liqasının ən yaxşıları bəlli olub - FOTO

PSJ-nin hücumçusu Usman Dembele UEFA tərəfindən 2024/25 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, Fransa millisinin 28 yaşlı futbolçusu "İnter"ə qalib gəldikləri finalda (5:0) iki məhsuldar ötürmə edib.

Ümumilikdə, Dembele PSJ-nin ilk dəfə qalib olduğu Çempionlar Liqasının bu mövsümündə 15 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə edib, 126,11 km qaçıb və maksimal sürətini 33,92 km/saata çatdırıb.

PSJ-nin vingeri Dezire Due isə bu mövsüm Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu seçilib.

UEFA həmçinin Çempionlar Liqasında 2024/25 mövsümünün rəmzi komandasını açıqlayıb: Canluici Donnarumma, Nuno Mendeş, Markinyos, Aşraf Hakimi, Vitinya, Usman Dembele, Dezire Due (hamısı PSJ), Alessandro Bastoni ("İnter"), Deklan Rays ("Arsenal"), Lamin Yamal və Rafinya (hər ikisi "Barselona").

İdman.biz