Cüdoçumuz Uşanqi Kokauri bürünc medal qazandı - YENİLƏNİB + FOTO/VİDEO

Xəbərlər
30 Noyabr 2025 19:02
343
Cüdoçumuz Uşanqi Kokauri bürünc medal qazandı - YENİLƏNİB + FOTO/VİDEO

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində Camal Qamzatxanov bürünc medal uğrunda görüşdə İrakli Demetraşviliyə (Gürcüstan) məğlub olaraq yarışı 5-ci sırada başa vurub.

18:58

İdman.Biz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində Uşanqi Kokauri +100 kq çəki dərəcəsində bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

14:56

İdman.Biz xəbər verir ki, Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində son yarış gününün final blokunda 2 cüdoçumuz - +100 kq çəki dərəcəsində Uşanqi Kokauri və Camal Qamzatxanov bürünc medal görüşünə çıxacaq. Həlledici qarşılaşmalar 17:00-dan etibarən start götürəcək.

14:40

İdman.Biz-in Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Murad Fətiyev zədə səbəbilə yarışdan çəkilib. Həkim tərəfindən yarışdan kənarlaşıdırlan cüdoçumuzun adının əks olunduğu tabloda onun adının üzərindən xətt çəkilib.

14:10

İdman.Biz-in Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, -90 kq dərəcəsində çıxış edən cüdoçumuz Murad Fətiyev Olimpiya mükafatçısı Teodoros Tselides (Yunanıstan) üzərində əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib. Fətiyevin final yolunda son rəqibi moldovalı Mixail Latişev olacaq.

14:05

İdman.Biz xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal qarşılaşmalarına vəsiqə qazanıblar.

13:25

İdman.Biz xəbər verir ki, Murad Fətiyev almaniyalı Lasse Şriveri 3 yuko xalı ilə üstələyərək adını növbəti mərhələyə yazdırıb. Murad 1/4 finalda Teodoros Tselideslə (Yunanıstan) qarşılaşacaq.

12:45

İdman.Biz xəbər verir ki, -90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev Qazaxıstan idmançısı Yermaxan Anuarbekova məğlub olaraq mübarizəni dayandırıb.

12:13

Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində -90 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançı Murad Fətiyev ilk görüşdən qalib ayrılıb. Cüdoçumuz belaruslu Alyaksandr Sidoriki yuko xalı ilə məğlub edib.

12:05

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov yarışa Bəhreyn idmançısı Azamat Çotçayev üzərində qələbə ilə başlayıb. Camalın 1/4 finalda rəqibi Tamerlan Başayev (Rusiya) olacaq.

12:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları qarşılaşmalara başlayıblar.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri ilk görüşdə xorvatiyalı rəqibi Mikita Sviridi vaza-ari xalı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Təmsilçimiz bu mərhələdə İrakli Demetraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 1/16 finalda -90 kq çəki dərəcəsində idmançılarımız Murad Fətiyev və Aslan Kotsoyev müvafiq olaraq Alyaksandr Sidorik və Yermaxan Anuarbekovla qarşılaşacaqlar.

İdman.Biz
Məqalədə: