Əbu-Dabidəki “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlanıb - FOTO

Xəbərlər
27 Noyabr 2025 16:30
41
Əbu-Dabidəki “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlanıb - FOTO

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan beş çəki dərəcəsində on cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək.

“Böyük Dəbilqə”nin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 10:00-da, final bloku isə 17:00-dan etibarən start götürəcək.

Kişilər

60 kq, 1/8 final

Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə.

Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə.

66 kq, 1/16 final

Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)

Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)

73 kq, 1/16 final

Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ)

Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə.

90 kq, 1/16 final

Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus)

Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan)

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə.

Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə.

İdman.Biz