Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının IV turu başa çatıb.
İdman.Biz ACF-yə istinadən bildirir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın sonuncu günündə daha 8 çəki dərəcəsində medalçılar bəlli olub.
İki gün davam edən turnirdə 91 klub və idman cəmiyyətindən 721 idmançı (581 oğlan, 140 qız) mübarizə aparıb.
Qeyd edək ki, bu, U-17 Liqa yarışlarının son turu idi. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşıb.
Son günün mükafatçılarını təqdim edirik:
Oğlanlar
-55 kq
1. İbrahim Talıbov (Bakı şəhəri 6 nömrəli İOEUGİM PHŞ)
2. Nazim Kamilov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Camal Lütfəliyev (Qafqaz-Arena İK)
-66 kq
1. Sənan Piriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Zaməddin Bağırov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Nicat Əliyev (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
-81 kq
1. Polad Həsənli (Atilla İK)
2. Hüseyn Səfərov (ACF)
3. Ayxan Həsənli (ACF)
3. Yaqub Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
+90 kq
1. Tamerlan Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Sahib Rəsulzadə (Şuşa UGİM)
3. Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Qızlar
-44 kq
1. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-52 kq
1. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
2. Tövsiyyə Babayeva (Qəbələ - Bakı)
3. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt)
3. Aynur Süleymanova (Hövsan İK)
-63 kq
1. Türkan Məmmədli (Qədiroğlu İK)
2. Pəri Məmmədli (Judo Club 2012)
3. Məryəm Yusifli (Ordu İdman Klubu)
3. Aydan Bağırlı (Judo Club 2020 İK)
+70 kq
1. Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
2. Ceyran Vijehdolatabad (ACF)
3. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
11:24
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının IV turu davam edir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın sonuncu günündə 331 cüdoçu daha səkkiz çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu, U-17 Liqa yarışlarının son turudur. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşacaq.
Liqa yarışının IV turunu Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalından canlı izləyə bilərsiniz.
Tatami 1:
Tatami 2:
Tatami 3:
Tatami 4:
