Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” yarışında Əbu-Dabidə qüvvəsini sınayacaq

Xəbərlər
25 Noyabr 2025 13:27
32
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” yarışında Əbu-Dabidə qüvvəsini sınayacaq

Noyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Ölkə bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

60 kq
Əhməd Yusifov
Balabəy Ağayev

66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

73 kq
Rəşid Məmmədəliyev
Hidayət Heydərov

90 kq
Murad Fətiyev
Aslan Kotsoyev

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

İdman.Biz

Məqalədə: