Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində idmançımız qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Ruslan Paşayev 1/16 final mərhələsində BƏƏ təmsilçisi Hamad Matlaeini üstələyib.
O, osaekomi-vaza texnikası ilə (rəqibi xalça üzərində arxası üstə saxlayaraq nəzarətdə tutmaqla qalib gəlmək texnikası) qalib gələrək növbəti raunda yüksəlib.
11:04
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürəcək.
İdman.Biz xəbər verir ki, ilk yarış günündə iki çəki dərəcəsində dörd cüdoçumuz tatamiyə çıxacaq.
60 kq, 1/8 final
Əhməd Yusifov - Çanad Fetsko / Seunqbom Çon cütünün qalibi ilə;
Balabəy Ağayev - Marton Andrasi / Salih Yıldız cütünün qalibi ilə;
66 kq, 1/16 final
Ruslan Paşayev - Hamad Matlaei;
Rəşad Yelkiyev - Denis Vieru / Alessio De Luka.
