Cüdo tələbələri üçün beynəlxalq praktika dərsləri keçirilir - FOTO

Xəbərlər
28 Noyabr 2025 10:33
33
Cüdo tələbələri üçün beynəlxalq praktika dərsləri keçirilir - FOTO

Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində Akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I, II və III kurs tələbələri üçün praktiki dərslər davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədris prosesi cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində müəyyən olunmuş cədvələ uyğun şəkildə həyata keçirilir.

Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli mütəxəssislər cəlb olunub.

Qeyd edək ki, tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında nəzəri biliklər əldə edir, eyni zamanda praktiki bacarıqlar formalaşdırırlar.

İdman.Biz