Yeniyetmə cüdoçulara maarifləndirici seminar təşkil olundu - FOTO

Xəbərlər
9 Yanvar 2026 16:17
45
Yeniyetmə cüdoçulara maarifləndirici seminar təşkil olundu - FOTO

Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün sosial media təlimi keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında baş tutan təlimin məqsədi sosial mediada məsuliyyətli davranış, media qarşısında özünü doğru ifadə etmək və milli komandanın imicini qorumaqdan ibarət olub.

Təlim zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar, şərhlərə və tənqidə düzgün reaksiya, yanlış məlumatların yayılmasının qarşısının alınması, eləcə də federasiyanın kommunikasiya prinsiplərinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.

Bundan əlavə, idmançının rəqəmsal imicinin karyera və komanda nüfuzuna təsiri barədə də fikir mübadiləsi aparılıb.

İdman.Biz
Məqalədə: