Azərbaycan cüdoçuları Əbu-Dabi “Böyük Dəbilqə”sində mübarizəni erkən dayandırdılar - YENİLƏNİB + FOTO/VİDEO

29 Noyabr 2025 13:21
526
Azərbaycan cüdoçuları Əbu-Dabi “Böyük Dəbilqə”sində mübarizəni erkən dayandırdılar - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları Hidayət Heydərov və Rəşid Məmmədəliyev mübarizəni erkən mərhələlərdə dayandırıblar.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/8 final görüşündə Tacikistan idmançısı Muhiddin Asadulloyevə məğlub olub.

Eyni çəkidə mübarizə aparan Rəşid Məmmədəliyev isə 1/16 finalda ABŞ təmsilçisi Stiven Boldbaatara yuko xalı ilə (rəqibə qarşı üstünlük qazandığı xal) uduzaraq turniri erkən başa vurub.

12:04

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində (73 kq) çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Hidayət Heydərov 1/16 final görüşünə qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, Hidayət Heydərov ilk qarşılaşmada Moldovanı təmsil edən azərbaycanəsilli Adil Osmanov üzərində üstünlük qazanıb.

O, növbəti mərhələdə - 1/8 finalda Tacikistan idmançısı Muhiddin Asadulloyevlə üz-üzə gələcək.

10:30

Bu gün Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq.

O, 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münasibətlərinə aydınlıq gətirəcək.

Turnirin final bloku Bakı vaxtı ilə saat 17:00-dan etibarən başlayır.

Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar.

İdman.Biz