Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.
Kişilər
60 kq, 1/8 final
Murad Muradlı - Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə
66 kq, 1/8 final
Nizami İmranov - Yerdaulet Bozşa (Qazaxıstan)
İslam Rəhimov - Nursultan Zayzaqaliyev (Qazaxıstan)
73 kq, 1/8 final
Rəşid Məmmədəliyev - Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Uşanqi Kokauri - Mohammadpuria Banaeyan Tolki (İran)
Camal Qamzatxanov - Yovan Pekoviç (Monteneqro)
“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.




