Bürünc medal qazanan Zelim Tçkayevdən səmimi təşəkkür paylaşımı - FOTO

29 Aprel 2026 11:59
163
Bürünc medal qazanan Zelim Tçkayevdən səmimi təşəkkür paylaşımı - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev azarkeşlərə təşəkkür edib.

İdman.Biz xəbər verir ki, idmançı bu barədə “Instagram” hesabında paylaşım edib.

“Cüdo üzrə ikiqat Avropa medalçısı oldum. Mənə dəstək olan hər kəsə, xüsusilə ailəmə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, cüdo bundan sonra daha da inkişaf edəcək və daha baxımlı olacaq”, - deyə o qeyd edib.

İdman.Biz
Məqalədə: