4-5 may tarixlərində Qazaxda yeniyetmələr arasında cüdo üzrə Qərb bölgəsi region birincilikləri keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışlar Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq və U-14, U-17 yaş kateqoriyalarında ümumilikdə 310 cüdoçunun iştirakı gözlənilir.
Turnirin əsas məqsədi yeniyetmə cüdoçuların yarış təcrübəsini artırmaq, bölgələr üzrə güclü idmançı bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyasında göstərilən nəticələr eyni zamanda milli komanda üçün seçim prosesində mühüm reytinq xalları qazandıracaq.
