Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

29 Aprel 2026 16:07
150
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Mayın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Qazax Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İdman.Biz