Azərbaycan cüdoçuları Berlində liderliyə yüksəlib - FOTO

26 Aprel 2026 20:47
162
Azərbaycan cüdoçuları Berlində liderliyə yüksəlib - FOTO

Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb. Yarışın ilk günündə Azərbaycanın milli komandası iki qızıl, iki gümüş və üç bürünc medala sahib çıxıb.

İdman.Biz xəbər verir ki, Nihad Ağayev (50 kq) və Fərid Xudiyev (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıblar. İbrahim Talıbov (55 kq) və Sunay Salamova (40 kq) ikinci yeri tutaraq gümüş mükafata layiq görülüblər. İlkin Qarayev (66 kq), Pərvin Sevxanlı (44 kq) və Nərmin Ağamirzəzadə (52 kq) isə bürünc medalla kifayətləniblər.

Hazırda Azərbaycan yeddi medalla ümumi komanda hesabında 35 ölkə arasında ikinci pillədə qərarlaşıb. Oğlanların mübarizəsində isə millimiz turnirin lideridir.

İdman.Biz