Azərbaycanı mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Böyük Dəbilqə” turnirində təmsil edəcək cüdoçuların adları açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri - Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında dörd çəki dərəcəsində altı cüdoçu mübarizə aparacaq.
Heyətdə Murad Muradlı (60 kq), Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıblar.
Dünya Cüdo Turuna daxil olan “Böyük Dəbilqə”də 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

