Bürünc sevincinə ailə toxunuşu - FOTO

25 Aprel 2026 18:59
520
Bürünc sevincinə ailə toxunuşu - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev “Instagram” hesabındakı paylaşımla gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançımız uğurundan sonra sosial şəbəkə hesabında qızı ilə səmimi paylaşım edib.

Fotoda Tçkayevin ailə mühitində qızı ilə birlikdə vaxt keçirdiyi görünür. Yarış gərginliyindən sonra edilən bu paylaşım idmançının medal sevincini ailəsi ilə bölüşdüyünü göstərib.

Azərbaycan cüdoçusunun həm tatamidəki nəticəsi, həm də paylaşımındakı səmimi ab-hava izləyicilər tərəfindən maraqla qarşılanıb.

İdman.Biz