Naxçıvanda gənc cüdoçuların region birinciliyi keçirilib - FOTO

25 Aprel 2026 22:31
161
Naxçıvanda gənc cüdoçuların region birinciliyi keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə 17 yaşadək cüdoçular arasında region birinciliyi keçirilib. Naxçıvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 34 idmançı mübarizə aparıb.

İdman.Biz xəbər verir ki, turnirin yekununda altı çəki dərəcəsində medalçılar məlum olub. Yarışın əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 yaş kateqoriyası üzrə qeydə alınan nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xallarının toplanması baxımından böyük əhəmiyyət kəsb edib.

50 kq
1. Adəm Nağıyev (Naxçıvan UGİM)
2. Onur Fərzəliyev (Culfa UGİM)
3. Rauf Hacızadə (Naxçıvan UGİM)

55 kq
1. Yusif Nağıyev (Naxçıvan UGİM)
2. Kamil Məmmədov (Culfa UGİM)
3. Vaqif Əliyev (Culfa UGİM)

60 kq
1. Yusif Əsədli (Naxçıvan UGİM)
2. Elmin Qəribli (Naxçıvan UGİM)
3. İbrahim Əliquliyev (Culfa UGİM)
3. Məhəmməd Məmmədov (Culfa UGİM)

66 kq
1. Hüseyn Mustafayev (Naxçıvan UGİM)
2. İsmayıl Şükürlü (Naxçıvan UGİM)
3. Rauf Cəfərov (Naxçıvan UGİM)

73 kq
1. İlham Muxtarov (Naxçıvan UGİM)

81 kq
1. Nihad İmanov (Naxçıvan UGİM)
2. Səccad Heydərov (Naxçıvan UGİM)
3. Əli Əlizadə (Naxçıvan UGİM)

İdman.Biz