Mayın iki və üçü tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında növbəti Avropa Kuboku start götürəcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq nüfuzlu yarışda Azərbaycanın gənc istedadları da qüvvəsini sınayacaqlar.
İdman.Biz xəbər verir ki, beynəlxalq turnirdə ölkəmiz səkkiz çəki dərəcəsində 15 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq. Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Tbilisi tatamilərində baş tutacaq yarışda ümumilikdə 16 ölkədən 310 idmançının iştirakı gözlənilir. Rəqabətin yüksək olacağı turnirdə idmançılarımızla yanaşı, hakimlərimiz də iş başında olacaqlar.
Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaqlar. Təcrübəli referilərimiz turnirin gedişində qaydaların qorunmasına nəzarət edəcəklər.
Heyəti təqdim edirik:
Oğlanlar
50 kq
Ülvi Cəlilzadə
Əli Kazımzadə
Fərid Rzazadə
55 kq
Səlim Hüseynov
Devid Mahmudov
Turan Ayvazlı
60 kq
Məhəmməd Abdullazadə
Əli Əlizadə
66 kq
Zaməddin Bağırov
Teymur Gülməmmədov
73 kq
Ruslan Əsgərov
Akif Məmmədli
81 kq
Hüseyn Səfərov
90 kq
Saleh Rzayev
+90 kq
Hüseyn Hüseynov
