“Tottenhem” son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - VİDEO

Xəbərlər
3 Dekabr 2025 02:33
15
“Tottenhem” son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - VİDEO

İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl Yunayted” və “Tottenhem Hotspur” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun 2:2 hesabı ilə qurtarıb.

Bruno Gimarayeş 71-ci dəqiqədə “Nyukasl”ı irəli çıxarıb, Kristian Romero isə 78-ci dəqiqədə hesabı bərabərləşdirib. Entoni Qordon 86-cı dəqiqədə penaltidən dəqiq zərbə ilə yenidən “Nyukasl”ı irəli çıxarıb. Romero 90+5-ci dəqiqədə ikinci qolunu vurub – 2:2.

Bu oyundan sonra “Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 xalla 13-cü, “Tottenhem Hotspur” isə 19 xalla 11-ci yerdədir.

İdman.Biz