Türkiyə Superliqasında 25-ci turun üç oyunu baş tutub.
İdman.Biz bildirir ki, “Kayserispor” “Trabzonspor”u qəbul edib.
Matç 3:1 hesabı ilə Trabzon klubunun xeyrinə qurtarıb.
“Trabzonspor”dan qolları Pol Onuaçu (45+2, 45+7, penalti) və Bilal Beyazit (53, avtoqol) vuuublar. “Kayserispor”dan Herman Onuqha (83) fərqlənib.
“Trabzonspor” 54 xalla üçüncü yerdədir. “Kayserispor” 20 xalla 17-ci mövqedədir.
Turun digər oyunlarında “Alanyaspor” “Gənclərbirliyi” ilə heç-heçə oynayıb – 0:0. “Eyüpspor” isə “Kocaelispor”a məğlub olub – 0:1.
“Kocaelispor” 33 xalla 7-ci, “Alanyaspor” 27 xalla 11-ci, “Gənclərbirliyi” 25 xalla 12-ci, “Eyüpspor” isə 22 xalla 15-ci yerdədir.
