“Espanyol” autsayder “Ovyedo” ilə heç-heçə oynayıb - VİDEO

10 Mart 2026 02:12
155
“Espanyol” autsayder “Ovyedo” ilə heç-heçə oynayıb

İspaniya çempionatının 27-ci turunun bur oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Espanyol” “Ovyedo”nu qəbul edib. Matç 1:1 hesabı ilə bitib.

Hesabı 8-ci dəqiqədə qonaqlardan Alberto Reyna açıb. 36-cı dəqiqədə Kike cavab topunu vurub.

“Espanyol” 37 xalla 7-ci yerdədir. “Ovyedo” 18 xalla sonuncu yerdə qərarlaşıb.

İdman.Biz