Poçettino Alvaro Arbeloanın yerinə namizədlər arasında yer alıb

9 Mart 2026 23:58
119
Poçettino Alvaro Arbeloanın yerinə namizədlər arasında yer alıb

“Real Madrid” gələn mövsüm Alvaro Arbeloanın yerinə namizədlər arasında məşqçi Maurisio Poçettinonu da daxil edib.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub yeni idman layihəsinə rəhbərlik etmək üçün müxtəlif namizədləri nəzərdən keçirir və Poçettino prezident Florentino Peres tərəfindən yüksək qiymətləndirilən məşqçilərdən biridir.

Poçettino hazırda ABŞ milli komandasını çalışdırır. Alvaro Arbeloa Xabi Alonsonun gedişindən sonra 12 yanvar 2026-cı ildə “Real Madrid”in məşqçisi təyin edilib. Onun rəhbərliyi altında komanda 27 oyundan sonra 63 xalla La Liqada ikinci yerdədir. Onlar birinci yeri tutan “Barselona”dan dörd xal geridədirlər.

İdman.Biz