İranın qadın futbol yığmasının 5 üzvü Avstraliyadan siyasi sığınacaq alıb.
İdman.Biz xəbər verir ki, futbolçular Asiya Kuboku oyunu öncəsi dövlət himnini oxumaqdan imtina etdikdən sonra İran dövlət televiziyasında “xain” adlandırılıblar. Bundan sonra onlar Qold-Kostdakı komandanın düşərgəsini gizli şəkildə tərk edərək polis müşayiəti ilə Brisbane şəhərinə aparılıblar və burada humanitar viza əldə ediblər.

Daha əvvəl isə bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trump da Avstraliya hakimiyyətinə müraciət etmişdi. O, sosial media hesabında paylaşım edərək İranın qadın futbolçularının ölkələrinə qaytarılmasının onlar üçün təhlükəli ola biləcəyini bildirib və Avstraliyanı onlara sığınacaq verməyə çağırıb. Tramp qeyd edib ki, əgər Avstraliya bu addımı atmasa, ABŞ onların qəbuluna hazırdır.
Qeyd edək ki, daha əvvəl İran dövlət televiziyasının aparıcısı Mohammad Reza Shahbazi futbolçuları himni oxumadıqlarına görə sərt tənqid edərək “müharibə dövründə xainlərə daha sərt davranılmalıdır” ifadəsini işlədib. Bundan sonra FIFPro oyunçuların təhlükəsizliyinin təmin olunması üçün FIFA və "Asian Football Confederation"a müraciət edib.
