İtaliya Kuboku: “Yuventus” “Udineze”ni mübarizədən kənarlaşdırıb

Xəbərlər
3 Dekabr 2025 02:24
17
İtaliya Kuboku: “Yuventus” “Udineze”ni mübarizədən kənarlaşdırıb

İtaliya Kubokunun 1/8 final mərhələsində “Yuventus” və “Udineze” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Turində keçirlib.

Ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib.

İlk hissənin ortalarında “Udineze”"nin müdafiəçisi Matteo Palma öz qapısına qol vurub. 69-cu dəqiqədə yarımmüdafiəçi Manuel Lokatelli penalti zərbəsi ilə “Yuventus”un üstünlüyünü artırıb.

Bu mövsüm komandalar İtaliya çempionatının 9-cu turunda qarşılaşdılar. Həmin oyunda Turin klubu “Udineze”ni 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz