Jurnalist Ekrem Konurun X sosial media səhifəsində verdiyi məlumata görə, “Mançester Yunayted” bu yay Almaniya millisinin və “RB Leypsiq”in sol cinah müdafiəçisi David Raumu transfer edə bilər.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçunun İngiltərə klubuna transfer haqqı 30 milyon funt sterlinq (34,8 milyon avro) ola bilər.
Bu mövsüm Raum bütün yarışlarda 28 oyunda meydana çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.
Raum Almaniya millisində 34 oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib.
