İsmaila Sarr Konfrans Liqası tarixində ən erkən qolu vurub

1 May 2026 05:17
304
İsmaila Sarr Konfrans Liqası tarixində ən erkən qolu vurub

“Kristal Palas”ın yarımmüdafiəçisi İsmaila Sarr Konfrans Liqasının yarımfinalının Ukrayna təmsilçisi “Şaxtyor Donetsk”ə qarşı ilk oyununun 21-ci saniyəsində qol vurub.

İdman.Biz x\əbər verir ki, oyun 3:1 hesabı ilə London klubunun xeyrinə başa çatıb.

Beləliklə, Sarr turnirin tarixində ən erkən qolu vurub.

Komandalar arasında cavab oyunu mayın 7-də Londondakı “Selhurst Park”da keçiriləcək.

İdman.Biz