Tramp İranın dünya çempionatında iştirakına qarşı olmadığını bildirib

1 May 2026 03:13
297
Tramp İranın dünya çempionatında iştirakına qarşı olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp İran millisinin 11 iyunda başlayacaq 2026-cı il dünya çempionatında iştirakına etiraz etməyəcəyini bildirib.

İdman.Biz bildirir ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada olacaq.

Ağ Ev müxbiri Trampdan FİFA prezidenti Canni İnfantinonun İran millisinin dünya çempionatında iştirak edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirməsini istəyib. ABŞ prezidenti cavabında deyib: “Əgər Canni belə deyirsə, mən buna qarşı deyiləm”.

Dünya çempionatının qrup mərhələsində İran millisi Los-Ancelesdə iki oyun keçirəcək. Digər oyun isə Sietldə keçiriləcək. İran Yeni Zelandiya (15 iyun), Belçika (21 iyun) və Misir (26 iyun) ilə bir qrupda oynayacaq.

İdman.Biz