Pep Qvardiola: "Mən saçlarımdan oldum"

Xəbərlər
3 Dekabr 2025 10:03
37
Pep Qvardiola: "Mən saçlarımdan oldum"

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandasının “Fulhem”lə Premyer Liqa oyununda qazandıqları 5:4 hesablı qələbəni zarafatla, amma narazılıqla şərh edib.

İdman.Biz xəbər verir ki, Qvardiola Sky Sports-a açıqlamasında Premyer Liqanın fərqli olduğunu söyləyib.

“Nə deyim, sizə xoş gəldi? Mən isə saçlarımdan oldum. Bu Premyer Liqadır. Başqa bir liqada oyunu tam nəzarətdə saxlaya bilərsiniz. Amma burada yox”, - deyə Pep bildirib.

Qeyd edək ki, görüş “Mançester Siti”nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisi oyun ərzində 5:1 öndə olsa da, son dəqiqələrdə buraxılan qollar nəticəni təhlükəyə atıb. Buna baxmayaraq, “Mançester Siti” üç xalı əldə saxlayıb.

İdman.Biz

Məqalədə: