“Mançester Siti”nin hücumçusu Erlinq Holand “Fulhem”lə (5:4) oyundakı çıxışından məmnun qalmadığını bildirib.
İdman.Biz xəbər verir ki, hücumçu bu barədə Britaniya KİV-nə açıqlamasında söyləyib.
Norveçli forvardın rəqib qapısına vurduğu qol onun çıxdığı 111-ci matçda yüzüncü olub.
“Qol vurmaq məndə pis alınmır, amma bu gün het-trik etməli idim. Bir neçə şansdan yararlana bilmədim, ona görə də məşq etməliyəm” - E. Holand bildirib.
Məlumat üçün əlavə edək ki, İngiltərə Premyer Liqasının 2025/2026-cı il mövsümündə norveçli hücumçunun hesabında 15 qol var. O, bu göstərici ilə bombardirlər siyahısında liderdir.
