Hansi Flik “Atletiko Madrid”lə matçdan sonra Simeoneyə göstərdiyi jestlə diqqət çəkdi - VİDEO

Xəbərlər
3 Dekabr 2025 10:21
23
Hansi Flik “Atletiko Madrid”lə matçdan sonra Simeoneyə göstərdiyi jestlə diqqət çəkdi - VİDEO

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik “Atletiko Madrid” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra rəqib çalışdırıcı Dieqo Simeoneyə tuneldə xüsusi hörmət nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, son dəqiqələrdə gələn qolla emosional anlar yaşayan Flik final fitindən dərhal sonra özünü ələ alıb və Simeonenin arxasınca tunelə yönələrək ona saxlayıb. Argentinalı baş məşqçi ilə qısa söhbət və səmimi qucaqlaşma onu təəccübləndirib.

Bu jest alman mütəxəssisin yalnız idman nəticəsinə deyil, rəqibə göstərilən hörmətə də böyük önəm verdiyini göstərib. Qələbə sayəsində “Barcelona” La Liqa zirvəsindəki mövqeyini möhkəmləndirib.

İdman.Biz