“Mançester Siti” doqquz qolluq oyundan qalib çıxıb, “Everton” minimal üstünlüklə üstün olub - VİDEO

Xəbərlər
3 Dekabr 2025 01:40
18
“Mançester Siti” doqquz qolluq oyundan qalib çıxıb, “Everton” minimal üstünlüklə üstün olub - VİDEO

İngiltərə Premyer Liqasının 14-cü turunda “Fulhem” “Mançester Siti”ni qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşma 5:4 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Erlinq Holand 17-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb, Teyani Reynders 37-ci dəqiqədə fərqi ikiqat artırıb, Fil Foden isə 44-cü dəqiqədə “Siti”nin üçüncü qolunu vurub. Emil Smit-Rou 45+2-ci dəqiqədə bir qolun əvəzini çıxıb. Foden 48-ci dəqiqədə hesab arasındakı fərqi yenidən artırıb. Sander Berge isə 54-cü dəqiqədə öz qapısına qol vurub – 1:5. Aleks İvobi 57-ci dəqiqədə fərqi azaldıb, ardınca Samu Çukvueze 73 və 78-ci dəqiqələrdə iki qola imza atıb – 4:5.

Bu oyundan sonra “Fulhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17 xalla 15-ci, “Mançester Siti” isə 28 xalla ikinci yerdədir.

Turun digər oyununda “Bornmut” “Everton”u qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə bitib.

İdman.Biz