Salah - 300-cü oyun və son 10 matçda cəmi 1 qol

Xəbərlər
20 May 2025 11:11
41
Salah - 300-cü oyun və son 10 matçda cəmi 1 qol

Məhəmməd Salah "Liverpul"un son on oyunundan yalnız birində qol vurub.

İdman.biz xəbər verir ki, misirli vinger ilk dəfə Premyer Liqada kapitan kimi çıxdığı "Brayton"la matçda (2:3) məhsuldar hərəkətlə yadda qalmayıb.

Salah martın 11-dən bəri "qırmızılar"ın heyətində bütün turnirlərdə yalnız bir dəfə fərqlənib: bu, "Tottenhem"lə qarşılaşmada olub. Həmin müddət ərzində onun "Vest Hem"lə oyunda bir məhsuldar ötürməsi də var.

Buna baxmayaraq, Salah 28 qolla hələ də Premyer Liqanın bombardirlər siyahısına başçılıq edir. "Nyukasl"dan Aleksandr İsak isə 23 qolla onu izləyir.

Yeri gəlmişkən, "Brayton"la qarşılaşma Salahın Premyer Liqada 300-cü oyunu olub. O, bu matçlardan 287-sini "Liverpul"un, 13-nü isə "Çelsi"nin heyətində keçirib.

İdman.biz