Milli Peşəkar Futbolçular Birliyi (UNFP) 2024/25-ci illər mövsümü üçün Fransada çıxış edən və ölkəni xaricdə təmsil edən ən yaxşı futbolçu, məşqçi və hakimlərini mükafatlandırıb.
İdman.biz xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele "Liqa 1-in ən yaxşı oyunçusu" adına layiq görülüb.
Çempionatın əsas ümidi PSJ-li Desire Due, ən yaxşı qapıçısı "Lill"dən Lukas Şevalye, ən yaxşı məşqçisi PSJ-dən Luis Enrike, xaricdəki ən yaxşı fransız futbolçusu isə "Real Madrid"dən Kilian Mbappe seçiliblər.
İdman.biz