"Azarkeşlərimizə təşəkkür edirəm. İkinci hissə istədiyimiz kimi oldu. İlk yarıda qol buraxdıq. Fasilədən sonra istədiyimiz futbolçilardan istifadə edərək önə keçdik".
İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqanın XXXIII turunda səfərdə "Nefçi" ilə heş-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis təəsüflə bildirib ki, kkomandası son dəqiqələrdə penaltidən qol buraxıb: "Amma üzülməyə dəyməz. Əsas odur ki, bu gün xallarımızın üstünə xal gəldi. Futbolçularım meydanda əsl qladiator kimi döyüşdülər. Birinci hissədə meydanda daha çox siyasi gedişlər edirdik. Rəqibi üzərimizə çəkdik. İkinci hissədə sürətli oyunçuların hesabına əks-hücumlarımız daha təhlükəli oldu. Meydana hücumameyilli 4 futbolçu buraxdıq. Eyni anda 4 dəyişiklik edəndə rəqibi fiziki baxımdan hazırlıqsız tutursan".
Baş məşqçi əlavə edib ki, heç kim istəməz, əlavə olunan dəqiqələrdə qol buraxsın: "Həqiqətən də üzüntülü məqamdır. Qələbə qazansaydıq, çempionatda qalmağı rəsmiləşdirəcəkdik. Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik. Məncə, bu imkanlarda bu nəticə "Kəpəz" üçün çoxdur".
İdman.biz