2020-ci ildə keçirilən İngiltərə Kubokunun “Mançester Siti” - “Arsenal” yarımfinal matçında baş məşqçi Pep Qvardiolanın kənar xəttdə kimlə danışdığı ilə bağlı uzun müddətdir davam edən müzakirələrə aydınlıq gətirilib.
İdman.Biz xəbər verir ki, həmin epizod oyun zamanı diqqət çəkmiş, sonradan “Mançester Siti”nin futbolçusu Bernardo Silva tərəfindən də Qvardiolanın vida dönəmində xatırladılaraq yenidən gündəmə gətirilib. Görüntülərdə Qvardiolanın kənar xəttdə sanki naməlum bir şəxslə dialoq aparması futbol ictimaiyyətində maraq doğurub.
İngiltərə Kuboku hesabının açıqlamasına əsasən, həmin an ispaniyalı mütəxəssis texniki heyət üzvlərindən biri ilə taktiki məsələlərlə bağlı danışıb.
Qeyd edək ki, 2020-ci il İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” “Arsenal”a 0:2 hesabı ilə məğlub olub.
