Almaniyanın ən köklü futbol klublarından biri olan “Münhen-1860” ciddi maliyyə böhranı yaşayır.
İdman.Biz xəbər verir ki, klubun investoru kreditlərlə bağlı maliyyə zəmanətlərini geri götürüb. Buna görə də Almaniya təmsilçisi artıq futbolçulara və əməkdaşlara maaş ödəyə bilmir.
Hazırda “Münhen-1860”ın yeddi gün ərzində təcili şəkildə 2,7 milyon avro tapması tələb olunur.
Əks halda klub avtomatik olaraq Almaniyanın dördüncü divizionuna göndəriləcək.
