2026/2027 mövsümündə II Liqada çıxış etmək üçün keçiriləcək pley-off matçının vaxtı və məkanı müəyyənləşib.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, qarşılaşma 29 may saat 16:00-da Yevlax şəhər stadionunda baş tutacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq və oyunda VAR sistemi tətbiq olunacaq.
Pley-off matçında “Biləsuvar” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gələcək. Qarşılaşma Peşəkar Futbol Liqası və klubların birgə təşkilatçılığı ilə keçiriləcək.
