“Şəfa”dan Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına jest

7 Noyabr 2026 19:41
54
“Şəfa”dan Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına jest

Misli Premyer Liqasının “Zəfər turu” çərçivəsində keçirilən “Şəfa” - “Araz-Naxçıvan” qarşılaşmasından əvvəl xüsusi mərasim təşkil olunub.

İdman.Biz xəbər verir ki, “Şəfa” klubunun prezidenti Kənan Sadıqlı 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəxslərə hədiyyələr təqdim edib.

Hədiyyə alanlar arasında “Şəfa”nın həkim heyətinin üzvü Kənan Mehrəliyev, “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov və həkim heyətinin üzvü Mübarək Allahverdiyev yer alıblar.

Qeyd edək ki, “Şəfa” - “Araz-Naxçıvan” qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz