“Turan Tovuz”un futbolçusu: “Ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik” - MÜSAHİBƏ

7 Noyabr 2026 18:12
48
“Turan Tovuz”un futbolçusu: “Ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik” - MÜSAHİBƏ

“Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir”.

Bunu “Turan Tovuz”un futbolçusu Xorxe Silvanın səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 11-ci tur matçından sonra Benito sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun barədə təəssüratlarınız necədir?

– Çox çətin oyun idi, o cümlədən komanda da çətin idi. Lakin düşünürəm ki, biz yaxşı müdafiə olunduq, həmişə əks hücumlara keçirdik. Bu komanda ilə fəxr edirəm, bu gün etdiklərimizlə qürur duyuram.

– Bu, sizin ardıcıl ikinci qələbənizdir. Premyer Liqada ikinci qələbənizi qazandınız. Bu oyundan əvvəl isə çətin rəqiblərdən biri olan ‘Sabah’ı məğlub etdiniz. Bu iki qələbədən sonra özünüzü necə hiss edirsiniz?

– Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir. Çünki biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik. Bu, bizim üçün çox önəmlidir.

– Sizcə, bu qələbə çempionluq mübarizəsinə qoşulmaq şanslarınızı artırırmı?

– Biz hər oyuna və hər günə mübarizə əzmi ilə yanaşırıq. Mövsümün sonunda nəyə nail olacağımızı görəcəyik.

– Çempionluq mübarizəsində bu oyun sizə növbəti oyunlarda motivasiya verəcək?

– Biz hər zaman motivasiyalı oluruq, hər oyuna yüksək əhval-ruhiyyə ilə çıxırıq. İndi isə oyundan-oyuna baxacağıq.

İdman.Biz