Türkiyənin “Bursaspor” klubuna keçid edən Azərbaycan millisinin futbolçusu Toral Bayramovla bağlı yeni iddialar yayılıb.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalamağa yaxındır.
İddiaya əsasən, 25 yaşlı futbolçu ilə 3 illik sözləşmə nəzərdə tutulur və onun yeni klubunda illik təxminən 500 min avro məvacib alacağı bildirilir. Həmçinin qeyd olunur ki, Bayramov “Bursaspor”un ən yüksək ödənişli futbolçularından birinə çevrilə bilər.
Məlumata görə, futbolçu Azərbaycan millisinin qarşıdakı yoldaşlıq oyunlarından sonra yeni komandasına qoşulacaq.
