“Fiorentina”nın yeni baş məşqçisinin adı məlum olub

27 May 2026 15:07
103
“Fiorentina”nın yeni baş məşqçisinin adı məlum olub

İtaliyanın “Fiorentina” futbol klubu yeni baş məşqçinin təyinatı ilə bağlı razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, Florensiya təmsilçisini “Sassuolo”nun baş məşqçisi, İtaliya millisinin sabiq dünya çempionu Fabio Qrosso çalışdıracaq. Tərəflər 2028-ci ilə qədər nəzərdə tutulan, daha bir mövsüm uzadılma imkanı olan müqavilə üzrə razılığa gəliblər. 48 yaşlı mütəxəssis illik 1,2 milyon avro qazanacaq.

İdman.Biz