Çempionlar Liqasında yarımfinal mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.
Mərhələnin ikinci günündə “Barselona” və “İnter” üz-üzə gəlib. İspaniyada keçirilən qarşılaşma qol şousu ilə yadda qalıb. 32-ci saniyədə hesabı açan "İnter" iki dəfə önə keçsə də, qələbə qazana bilməyib. Böyük əzmkarlıq göstərən "Barselona" 3:3 hesablı heç-heçəyə nail olub.
Qeyd edək ki, aprelin 29-da keçirilən digər yarımfinal matçında PSJ “Arsenal” üzərində 1:0 hesablı səfər qələbəsi qazanıb.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Barselona” – “İnter” - 3:3
Qollar: Lamin Yamal, 24. Ferran Torres, 38. Sommer, 65 (öz qapısına) - Markus Turam, 1. Denzel Dumfries, 21; 64
Bu gönderiyi Instagram'da gör