Zlatan İbrahimoviç “Milan”dakı vəzifəsindən ayrıldı

16 Oktyabr 2026 10:52
101
Zlatan İbrahimoviç “Milan”dakı vəzifəsindən ayrıldı

Futbol üzrə İsveç millisinin sabiq futbolçu Zlatan İbrahimoviç “Milan”ın idman struktunda tutduğu rəhbər postundan ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

İbrahimoviçin bu qərarı özünün verib-vermədiyi, yoxsa klubun sahibi Cerri Kardinalenin belə qərar qəbul etdiyi məlum deyil. Bununla belə, mənbə komandanın baş məşqçisi Ruben Amorimin bu məsələdə heç bir rolunun olmadığını vurğulayıb.

Qeyd edək ki, İbrahimoviç “Milan”ın sahibi olan “RedBird Capital Partners” şirkətində baş məsləhətçi vəzifəsini qoruyub saxlayır.

Əlavə edək ki, İtaliya A Seriyasında altı turdan sonra “Milan” 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

İdman.Biz