Bu gün Avropanın aparıcı futbol çempionatlarında növbəti turun oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, Almaniya Bundesliqası, İspaniya La Liqası, İtaliya A Seriyası və Fransa Liqa 1-də bir qarşılaşma baş tutacaq.
Almaniyada “Ayntraxt” (Frankfurt) “Köln”ü, İspaniyada “Deportivo” (La-Korunya) “Levante”ni qəbul edəcək.
İtaliyada “Frozinone” ilə “Sassuolo”, Fransada isə “Le Man” ilə “Tuluza” üz-üzə gələcək.
Türkiyə Superliqasında “Çorum” doğma meydanda “Rizespor”la qarşılaşacaq.
Günün oyunları (Bakı vaxtı ilə)
Türkiyə Superliqası
21:00 “Çorum” - “Rizespor”
Almaniya Bundesliqası
22:30 “Ayntraxt” (Frankfurt) - “Köln”
İtaliya A Seriyası
22:45 “Frozinone” - “Sassuolo”
Fransa Liqa 1
22:45 “Le Man” - “Tuluza”
İspaniya La Liqası
23:00 “Deportivo” (La-Korunya) - “Levante”
