Azərbaycan Birinci Liqasında beşinci tura bu gün yekun vurulacaq

16 Oktyabr 2026 10:19
120
Azərbaycan Birinci Liqasında beşinci tura bu gün yekun vurulacaq

Azərbaycan Birinci Liqasında beşinci turun oyunlarına bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma keçiriləcək.

Hər iki matç eyni vaxtda başlayacaq.

MOİK autsayder “Baku Sportinq”in qonağı olacaq. Liderin ən yaxın izləyicisi “Gəncəbasar” isə “Karvan-Yevlax”la üz-üzə gələcək.

Azərbaycan Birinci Liqası
Beşinci tur
16 oktyabr
15.00. “Baku Sportinq” - MOİK

Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”.

15.00. “Karvan-Yevlax” - “Gəncəbasar”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu.

Qeyd edək ki, turun digər oyunlarında “Səbail” “Zaqatala”nı (3:1), “Şimal” “Mingəçevir”i (4:1), “Xankəndi” isə lider “Şahdağ Qusar”ı (1:0) üstələyib.

İdman.Biz