Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Şamaxı” - “Şəfa” oyunu yekunlaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Şamaxı”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 5-ci dəqiqəsində Elnur Cəfərov “Şəfa”nı hesabda irəli çıxarıb. 56-cı dəqiqədə Rauf Hüseynli penaltidən fərqi artırıb.
“Şamaxı” 65-ci dəqiqədə Jota Oliveyranın, 81-ci dəqiqədə isə Həbib İsmayılovun qolları ilə hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb.
Qeyd edək ki, “Şamaxı” 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. Üç xalı olan “Şəfa” isə onbirincidir. Səkkizinci tura oktyabrın 18-də yekun vurulacaq.
16:52
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 90+5-ci dəqiqədə Rikardo Apolinario penaltidən yararlanaraq “Şamaxı”nın hesabdakı üstünlüyünü artırıb - 3:2.
16:39
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, 81-ci dəqiqədə “Şamaxı”nın futbolçusu Həbib İsmayılov qol vurub - 2:2.
16:24
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 65-ci dəqiqədə “Şamaxı”nın futbolçusu Jota Oliveyra qol vurub - 1:2.
16:19
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 56-cı dəqiqədə Rauf Hüseynli penaltidən yararlanaraq “Şəfa”nın hesabdakı üstünlüyünü artırıb - 0:2.
16:01
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, “Şəfa” klubunun ilk hissədən sonra 1:0 üstünlüyü var.
15:46
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda ilk hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Şəfa” klubu ilk hissədən sonra 1:0 irəlidədir.
15:06
Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 5-ci dəqiqədə Elnur Cəfərov “Şəfa” klubunu hesabda irəli çıxarıb - 0:1.
15:00
Bu gün futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun “Şamaxı” - “Şəfa” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rəvan Həmzəzadə idarə edir.
14:34
“Şamaxı” Misli Premyer Liqasının səkkizinci turunda Şamaxı şəhər stadionunda “Şəfa”nı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov
“Şəfa”: 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 4. Maudo Jarjue, 8. Vlad Pop, 9. Luis Felipe, 22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov
09:17
Bu gün futbol üzrə Misli Premyer Liqasında səkkizinci tura start veriləcək.
İdman.Biz xəbər verir ki, turun açılış oyununda “Şamaxı” doğma meydanda “Şəfa”nı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. VAR sisteminə Elvin Bayramov, AVAR-a isə Tərlan Talıbzadə cavabdeh olacaq. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.
Komandalar Azərbaycan Premyer Liqasında ilk dəfə qarşılaşacaqlar. “Şəfa”nın cari mövsümdə elitaya yüksəlməsi səbəbindən tərəflər arasında yüksək liqa səviyyəsində əvvəlki oyunların statistikası yoxdur.
“Şamaxı” geridə qalan yeddi turda 10 xal toplayaraq turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Azər Bağırovun komandası son beş çempionat oyununda məğlubiyyətlə üzləşməyib.
“Şəfa” isə yeddi oyunda cəmi üç xal qazanıb və 11-ci yerdədir. Paytaxt təmsilçisi mövsümdə bir qələbə qazanıb, altı dəfə məğlub olub.
