Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmada hesabı 32-ci dəqiqədə qonaqların futbolçusu Alberto Fernandes açıb.
İlk hissəni məğlub başa vuran “Sumqayıt” fasilədən sonra geridönüş etməyi bacarıb.
Meydan sahiblərinin heyətində Ronaldo Vaskez 61-ci dəqiqədə hesabı bərabərləşdirib, Nihad Əhmədzadə isə 82-ci dəqiqədə qələbə qolunu vurub.
Matçın 85-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanskiy ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbə sayəsində xallarının sayını səkkizə çatdıran “Sumqayıt” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Səkkiz oyunda altıncı məğlubiyyətini alan “Araz-Naxçıvan” isə iki xalla sonuncu – 12-ci sırada qalıb.
Çempionata yeddi oyunda 16 xal toplayan “Neftçi” başçılıq edir. Altı oyundan eyni sayda xal qazanan “Sabah” və “Qarabağ” müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. “Turan Tovuz” isə 14 xalla dördüncü sıradadır.
20:48
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçında qonaqlar azlıqda qalıblar.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanskiy ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Hazırda “Sumqayıt” hesabda 2:1 öndədir.
20:42
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçında hesab 2:1 olub.
İdman.Biz xəbər verir ki, ilk hissəni 0:1 hesabı ilə məğlub başa vuran “Sumqayıt” fasilədən sonra iki dəfə fərqlənərək önə keçib.
Sumqayıt təmsilçisinin ikinci qolunu Nihat Əhmədzadə 82-ci dəqiqədə vurub.
20:22
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçında hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da davam edən qarşılaşmada meydan sahiblərinin heyətində Ronaldo Vasqez 61-ci dəqiqədə fərqlənib - 1:1.
20:03
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçının ikinci hissəsi başlayıb.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə qonaqların 1:0 hesablı üstünlüyü ilə yollanıblar.
İlk hissədə yeganə qolu 32-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Alberto Fernandes vurub.
19:49
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçının birinci hissəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə qonaqların 1:0 hesablı üstünlüyü ilə yollanıblar.
Yeganə qolu 32-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Alberto Fernandes vurub.
19:33
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, qonaqların heyətində Alberto Fernandes 32-ci dəqiqədə fərqlənib.
18:58
Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt” – “Araz-Naxçıvan” oyunu başlayıb.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmanı Vüqar Həsənli idarə edir.
Komandalar indiyədək çempionatda 11 dəfə üz-üzə gəliblər. Bu görüşlərin dördündə “Sumqayıt”, dördündə “Araz-Naxçıvan” qalib gəlib, üç oyun isə heç-heçə başa çatıb.
Hazırda “Sumqayıt” beş xalla səkkizinci, “Araz-Naxçıvan” isə iki xalla 12-ci pillədə qərarlaşıb.
18:13
Misli Premyer Liqasında səkkizinci turun bu gün keçiriləcək "Sumqayıt" - "Araz-Naxçıvan" oyunu üçün heyətlər müəyyənləşib.
İdman.Biz xəbər verir ki, saat 19:00-da başlanacaq matçda komandalar aşağıda qeyd edilən tərkibdə çıxacaqlar:
“Sumqayıt”: 16. Marko Yohanson 29. Emil Mustafayev 17. Nihad Əhmədzadə 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 19. Roi Kehat 27. İmani Barker
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli 8. Mustafa Əhmədzadə 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 10. Şarl Boli 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 2. Abdulla Rzayev 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 12. Bruno Franko 19. Abdallah Sudi
09:49
Bu gün futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda ikinci qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sumqayıt” “SOCAR Polymer Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.
Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Zöhrab Abbasov kömək edəcəklər. Murad Səlimov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR sisteminə Əkbər Əhmədov, AVAR-a isə Rəhman İmami cavabdeh olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Yavər Rəhimov olacaq.
Komandalar indiyədək Azərbaycan Premyer Liqasında 11 dəfə üz-üzə gəliblər. Bu görüşlərin dördündə “Sumqayıt”, dördündə “Araz-Naxçıvan” qələbə qazanıb. Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də bərabərlik var - 10:10.
Maraqlıdır ki, “Araz-Naxçıvan” rəqibi ilə son dörd görüşün hamısında qol vurub. “Sumqayıt” isə doğma meydanda keçirilən son iki qarşılaşmada qalib gəlib. Tərəflərin son duelində də Sumqayıt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Hazırda “Sumqayıt” beş xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. İki xala malik “Araz-Naxçıvan” isə 12-ci yerdədir.
