U-23 minifutbol millimiz Rumıniya ilə yarımfinalda qarşılaşacaq

16 Oktyabr 2026 10:04
109
U-23 minifutbol millimiz Rumıniya ilə yarımfinalda qarşılaşacaq

Azərbaycanın 23 yaşadək minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə məğlub edib. Yığma Rumıniya ilə qrup mərhələsində 3:3 hesablı heç-heçə edib.

İdman.Biz