Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində iki matç keçirilib.
Ölkənin ən titullu klubu “Qarabağ”“Araz-Naxçıvan”ı qəbul edib. Səfərdə uduzan Ağdam klubu evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. 3:0 hesabı ilə qalib gələn Ağdam klubu ilk finalçı olub.
“Neftçi” isə "Sabah"la ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Samir Abasovun yetirmələri uğursuz mövsümü xilas etmək üçün derbidən üzüağ çıxmağa çalışsalar da, istəklərinə nail olmayıblar. Heç-heçə "ağ-qaralar"ın işinə yaramayıb.
Qeyd edək ki, kubokun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Azərbaycan kuboku
1/2 final, cavab oyunları
23 aprel (çərşənbə)
17:00. “Qarabağ” – “Araz-Naxçıvan” - 3:0
Qollar: Yassin Benzia, 65. Nəriman Axundzadə, 70. Toral Bayramov, 77 (p.)
Baş hakim: Rəvan Həmzəzadə
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1
20:00. “Sabah” – “Neftçi” - 1:1
Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
Baş hakim: İnqilab Məmmədov
“Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanskiy, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”
İlk oyun – 2:1
İdman.biz